Keçmiş kansler 5-ci dəfə evlənəcək

Almaniyanın keçmiş kansleri 73 yaşılı Qerxard Şreder beşinci dəfə evlənmək qərarına gəlib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, onun seçdiyi qadın Alman dilindən peşəkar tərcüməçi olan Cənubi Koreyalı 49 yaşlı Kim So Yongdur.

Keçmiş Almaniya kansleri peşəkar tərcüməçi qadınla iki il bundan əvvəl konfransda tanış olub. Bundan sonra cütlük müxtəlif tədbirlərdə bir araya gəlib və bu səmimi hisslərin yaranmasına səbəb olub. Onlar toy mərasimini 2018-ci ilin payızına planlaşdırırlar. Almaniyanın eks kansleri və gələcək həyat yoldaşı Kim Soo Yong nikahdan sonra həm Almaniyada, həm də Cənubi Koreyada yaşayacaq.

Qeyd edək ki, hazırda Şreder dördüncü həyat yoldaşından boşanır.