Putinin qızı boşandı

Rusiya Prezidenti Vladimir Putinin kiçik qızı Yekaterina Tixonova beşillik nikahdan sonra iş adamı Kirill Şamalovdan boşanıb.

AzNews.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat verib.

Cütlük 2013-cü ilin fevral ayında ailə həyatı qurub, toy Sankt-Peterburq yaxınlığındakı xizək kurortunda qeyd olunub.

36 yaşlı Kirill Şamalovun atası Nikolay 90-cı illərdə Vladimir Putinlə tanış olub.

26 yaşı olanda Kirill Şamalov "Sibur" neft-kimya sənayesinin işinin inzibati dəstəklənməsi üzrə vitse-prezident olub. 2016-cı ilin mart ayında isə Forbes jurnalına görə Rusiyanın ən zəngin iş adamlarının reytinqinə girib.