Hindistanda avtobus çaya düşüb - 13 nəfər həyatını itirib

Hindistanın Maharaştra ştatında avtobusun körpündən çaya düşməsi nəticəsində 13 nəfər ölüb.

AzNews.az xəbər verir ki, hadisə səhər saatlarında Ratnagiri və Kolhapur şəhərlərini birləşdirən avtomobil yolunda baş verib. İlkin ehtimala görə, sürücünün idarəetməni itirməsi səbəbindən avtobus Pançqanqa çayının üzərindəki körpüdən çaya düşüb.

Yerli rəsmilər qəza nəticəsində bir neçə nəfərin itkin düşdüyünü güman edirlər. Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.