Alyaskada afterşoklar səngimir - Son 3 saatda 7 zəlzələ

ABŞ-ın Alyaska ştatında yanvarın 23-də baş vermiş Rixter cədvəli üzrə 8.2 bal gücündə zəlzələdən sonra afterşoklar səngimək bitmir.

Trend-in məlumatına görə, təkanlar Sakit okeanda qeydə alınıb.

Seysemologiya Xidməti son 3 saat ərzində 7 afterşik qeydə alınması barədə məlumat yayıb. Məlumata görə, təkanların ən zəifi 3, ən güclüsü isə 4,4 bal gücündə baş verib.