- Köhnə - Dünya
- 27 Yanvar 2018 23:40
- 5 618
Helikopterin vurulma xəbəri yalandır - Rəsmi açıqlama
Suriyanın Afrin bölgəsində keçirilən antiterror əməliyyatları zamanı Türkiyəyə məxsus hərbi helikopterin vurulması barədə məlumatlar yalandır.
AzNews.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yaylb. Türkiyə Silahlı Qüvvələrindən (TSQ) bildirilib ki, Afrində "Zeytun budağı" əməliyyatı zamanı TSQ-nın helikopteri vurulmayıb, yayılan xəbərlər tamailə yalandır.
Afrində Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi helikopterin vurulması barədə məlumatı Rusiyanın "Ria Novosti" agentliyi PYD- YPG mənbələrinə istinadən yayıb.