- Köhnə - Dünya
- 1 Fevral 2018 11:55
- 5 295
Baş qərargahdan Afrinlə bağlı son məlumat
Afrində Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən həyata keçirilən "Zeytun budağı" əməliyyatında indiyə qədər məhv edilən terrorçuların sayı 790-a yüksəlib.
AzNews.az xəbər verir ki, Baş qərargahdan alınan əməliyyatla əlaqədar ən son məlumatlara əsasən Afrinin müxtəlif bölgələrinə xüsusilə də, Darmık dağına qarşı əməliyyatda dünən 78 terrorçu zərərsizləşdirilib. Hava qüvvələri tərəfindən həyata keçirilən hava əməliyyatları çərçivəsində PKK / KCK / PYD-YPG və İŞİD terror təşkilatlarının sığınacaq, döyüş sursatı və silah yerləri kimi istifadə edilən 18 hədəfi məhv edilib. Əməliyyatda iştirak edən təyyarələr təhlükəsiz olaraq öz bazasına dönüb.