Trampın xəstəxanadan fotosu yayıldı

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın Floridadakı terrorda yaralananların yerləşdirildiyi xəstəxanadan fotosu yayılıb.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, fotoda Tramp və həyat yoldaşı Melaniyanın yaralı olan yeniyetmə bir qızla ünsiyyətdə olduğu görünür.

Xatırladaq ki, fevralın 14-də Parklənddə yerləşən məktəbdə 17 nəfər öldürülüb. Hadisəni 19 yaşlı gənc törədib.