Uşağına siqaret çəkdirən ata həbs edildi - Foto

İndoneziyada yaşayan 36 yaşlı ata, yaşı və adı açıqlanmayan uşağına siqaret çəkdirib onun şəklini internetə yükləyəndən sonra tutulub.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, İndoneziyanın Madura adasında yaşayan kişi, uşağına siqaret çəkdirib fotosunu internetə yükləyib. 36 yaşlı Müzəmmil adlı kişi bu işinə görə tutulub.

Atanın 6 aylıq həbs cəzasına məhkum edilməsi gözlənilir. Bu arada fotonu çəkən ana da məsuliyyətə cəlb edilib.