- Köhnə - Dünya
- 25 Mart 2018 18:50
- 2 740
Ərdoğan Afrindən sonrakı hədəfi açıqladı: “Qısa müddətdə terrorçulardan təmizlənəcək”

Türkiyə ordusu və müxalif Azad Suriya Ordusunun növbəti hədəfi Suriyanın Tel-Rifat bölgəsidir.
Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
R. T. Ərdoğan deyib ki, "Zeytun budağı" əməliyyatında qısa müddətdə Tel-Rifat nəzarət altına alınaraq əməliyyat hədəfinə çatdırılacaq.
Qeyd edək ki, Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə qarşı əməliyyata başlayıb və ötən dövr ərzində Afrin bölgəsi tam nəzarətə götürülüb. Ərəblərin yaşadığı Tel-Rifat bölgəsi 2016-cı ildə Afrindəki PYD/YPG terrorçuları tərəfindən işğal olunub və "Zeytun budağı" əməliyyatı zamanı Afrindən qaçan terrorçular məhz Tel-Rifata və Tel-Rifat üzərindən Suriyanın digər bölgələrinə qaçıblar. Dünən Tel-Rifat şəhərində yerli sakinlər aksiya keçiriblər. Aksiya iştirakçıları Türkiyə ordusunun və müxalif Azad Suriya Ordusunun PYD/YPG terrorçularını bölgədən qovmasının istəyiblər.(apa.az)
AzNews.az