- Köhnə - Dünya
- 27 Mart 2018 09:42
- 4 448
Tramp Trüdo ilə rus diplomatların ölkədən çıxarılmasını müzakirə etdi
ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Trüdo ilə Rusiya diplomatlarının ölkədən çıxarılmasını müzakirə edib.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Tramp Trüdo ilə hər iki ölkənin İngiltərə ilə həmrəyliyini ifadə etmək üçün rus diplomatların ölkədən çıxarılmasını müzakirə edib.
Qeyd edək ki, ABŞ martın 26-da 60 rus diplomatın ölkədən çıxarılmasını açıqlayıb. Fransa, Almaniya və digər Avropa ölkələri də oxşar addımlar atıb.