Rusiyada həbs edilən “qanuni oğru” Camal Mamoyan Gürcüstana təhvil verilib Rusiyada həbs edilən “qanuni oğru” Camal Mamoyan Gürcüstana təhvil verilib

“Qanuni oğru” ölkəsinə göndərildi

Rusiyada həbs edilən “qanuni oğru” Camal Mamoyan Gürcüstana təhvil verilib



Bu barədə məlumatı "Pryam-kraym" yayıb. Məlumata görə, 34 yaşlı "qanuni oğru" martın 16-da Moskva-Tbilisi reysi ilə ölkəsinə yola salınıb.

Kriminal aləmdə "Ceko Tbilisski" ləqəbi ilə tanınan "qanuni oğru" narkotiklərin qanunsuz dövriyyəsinə görə təqsirləndirilərək son 4 ilini müxtəlif cəzaçəkmə müəssisələrində həbsdə olub.

Martın 1-də Ceko həm də Rusiya ərazisinə qeyri-leqal yolla daxil olmaqda təqsirləndirilərək saxlanılıb. Ölkəsinə deportasiya edilən "qanuni oğru"nün üzünə Rusiya yolu 5 il bağlı qalacaq.

Elnarə
AzNews.az