Moskva və Rusiya patriarxı Kirill din xadimlərinə idmanla məşğul olmağı tövsiyə edib. Moskva və Rusiya patriarxı Kirill din xadimlərinə idmanla məşğul olmağı tövsiyə edib.

Patriarx Kirilldən kilsə xadimlərinə maraqlı tövsiyə

Moskva və Rusiya patriarxı Kirill din xadimlərinə idmanla məşğul olmağı tövsiyə edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, patriarx Kirill hər gün idmanla məşğul olduğunu söyləyib. O deyib ki, hər gün idmanla məşğul olmaq streslə mübarizədə ona kömək edir: "Mənim həyatımda idmanın müəyyən yeri var. Mən hər zaman idmanla məşğul oluram. Təsəvvür edə bilmirəm ki, əgər bədən tərbiyəsi məşğuliyyəti təcrübəm olmasaydı, indiki gərginliklə necə bacarardım. Mən hər gün idman hərəkətləri ilə məşğul oluram. Çünki bu, hər zaman insanı tonusda saxlayır. Hamıya tövsiyə edirəm, xüsusilə də bizim kilsənin xadimlərinə. Sağlam bədəndə sağlam ruh olar!".

AzNews.az