Qvatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı artıb

Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 75 nəfərin öldüyü bildirilirdi.

Məlumata əsasən, bu gün təbii fəlakət zamanı həyatını itirən daha 6 nəfərin meyiti aşkarlanıb, daha bir nəfər xəstəxanada keçinib.