- Köhnə - Dünya
- 9 İyun 2018 14:28
- 3 427
Əfqanıstanda Taliban hücumu - 20 polis öldürüldü
Əfqanıstanın şimalında Taliban silahlılarının hücumu nəticəsində ən azı 20 polis öldürülüb.
Trend-in məlumatına görə, insident Kunduz vilayətində gecə saatlarında baş verib.
Vilayət qubernatoru toqquşma nəticəsində 8 silahlının da öldürüldüyünü xəbər verib.
Qeyd edək ki, Əfqanıstan preizdenti Əşrəf Qani iyunun 11-dən 19-a qədər Ramazan bayramı münasibətilə Talibanla atəşkəs elan edib.
AzNews.az