- Köhnə - Dünya
- 20 İyun 2018 13:50
- 3 233
Sakit okeanda batan gəminin bütün heyət üzvləri xilas edildi
Sakit okeanın Yaponiyanın şimal-şərq sahillərində batan balıqçı gəmisinin bütün heyət üzvləri xilas edilib.
AZƏRTAC Yaponiya Sahil Xidmətinə istinadla xəbər verir ki, iyunun 20-də səhər saatlarında balıqçı gəmisindən həyəcan siqnalı daxil olub. Gəmi Miyaqi prefekturasının sahillərindən 850 kilometr məsafədə yerləşib.
Koti prefekturasında qeydiyyatda olan “Koryo-maru 68” adlı gəmi digər balıqçı gəmiləri ilə birlikdə ova çıxıb.
İdarənin məlumatında qeyd edilir ki, batan gəminin bütün heyət üzvləri yaxınlıqda yerləşən gəmilər tərəfindən xilas edilib.
AzNews.az