“WhatsApp”a yeni funksiya gəlir - İstifadəçilərə xoş xəbər (Foto)

“WhatsApp” bir müddət əvvəl “Ucdan-uca şifrələmə” (End-To-End Encryption) funksiyası ilə istifadəçilərə daha təhlükəsiz təcrübə yaşatmağı vəd etmişdi. İndi isə artıq proqram üzərindən göndərilən hər link analiz ediləcək və zərərli olduğu halda istifadəçiyə bildiriləcək.

AzNews.az Technote-yə istinadən xəbər verir ki, lakin linkə daxil olmaq seçimi sizdə olacaq.

Yəni, “WhatsApp” bildirişlərini nəzərə almadan linkə daxil ola biləcəksəniz.