- Köhnə - Dünya
- 8 İyul 2018 22:00
- 4 451
Polşadakı siyasi vəziyyət pişiyi də özündən çıxartdı - Fotolar + Video
Polşalı politoloq Yerji Tarqalskinin müsahibəsi zamanı maraqlı an yaşanıb.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Tarqalski Polşada siyasi gərginlik və ölkənin təhlükəsizlik xidmətinin rolu barədə danışarkən pişiyi kadra daxil olub.
O, pəncələrini tarixçinin qoluna qoyaraq əsəbi formada miyoldamağa başlayıb. Kadrlardan görünür ki, pişik daha sonra Tarqalskinin çiyninə çıxır, başını onun ağzına sürtür və qulağını yalayır.



Tarixçi bütün bunlara baxmayaraq, bir neçə dəfə pişiyin quyruğunu üzündən çəkərək müsahibəyə davam edir.