Oman Qəddafinin ailəsinə sığınacaq verdi

FaktXəbər-in verdiyi məlumata görə, Liviyada devrilərək öldürülən diktator Müəmmar Qəzzafinin ailəsi Oman ölkəsində sığınacaq tapıb


Bu barədə ictimaiyyətə adının açıqlanmasını istəməyən omanlı hökumət rəsmisi məlumat yayıb. Onun sözlərinə görə, ölkə rəhbərliyi inqilabdan sonra Qəzzafinin xanımı və uşaqlarına sığınacaq hüququ verib.

Qeyd edək ki, 2011-ci ildə Liviyada inqilab zamanı diktatorun ailə üzvləri Əlcəzairə qaçmışdılar. Bu ölkədə bir müddət qaldıqdan sonra oktyabr ayından etibarən Omanda sığınacaq tapıblar.

AzNews.az