ABŞ prezidenti Barak Obama keçmiş dövlət başçısı Con Kennedinin qızına Yaponiyada səfir olmağı təklif edib ABŞ prezidenti Barak Obama keçmiş dövlət başçısı Con Kennedinin qızına Yaponiyada səfir olmağı təklif edib

Obama vəzifə təklif etdi

ABŞ prezidenti Barak Obama keçmiş dövlət başçısı Con Kennedinin qızına Yaponiyada səfir olmağı təklif edib




Lent.az-ın verdiyi məlumata görə, Kerolayn Kennedi 2008 və 2012-i illərdə seçkiqabağı kampaniya zamanı Barak Obamanın namizədliyini dəstəkləyib.

55 yaşlı Kerolayn Kennedi yazıçı və vəkildir. 2009-cu ildə o, Nyu-Yorkun senatorluğu uğrunda mübarizə aparmaq istəyib, ancaq sonra namizədliyini geri götürüb.

Onun atası Con Kennedi 1961-ci il yanvarın 20-dən 1963-cü il noyabrın 22-dək ABŞ-ın prezidenti olub. 1963-cü il noyabrın 22-də Texas ştatının Dallas şəhərində öldürülüb.

Kerolayn Kennedi Con və Jaklin Kennedinin sağ qalan yeganə övladıdır.

Qeyd edək ki, Yaponiya ABŞ-ın ən iri ticarət tərəfkeşidir. Əvvəllər bu ölkədə ABŞ-ın səfiri keçmiş vitse-prezident Uolter Mondeyl və nümayəndələr palatasının keçmiş sədri Tom Folli olublar.