Rus qadının Qəddafi sevgisi 2 nəfərin ölümünə səbəb oldu

Liviyadakı Rusiya səfirliyinə bir neçə gün əvvəl edilən hücumun əsl səbəbi bəlli olub.


Liviyada keçmiş lider Müəmmər Qəddafinin tərəfdarı kimi tanınan 25 yaşlı Yekaterina Ustujaninova mübahisə zəminində liviyalı zabit Məhəmməd Əl Susini öldürüb. Rusiya mətbuatının məlumatına görə, qadın liviyalı zabitlə siyasi mövzuda mübahisə edib. Dava əsnasında o, zabitin silahını götürüb və atəş açaraq onu öldürüb.

Cinayətdən sonra zabitin qanıyla evin divarına "Siçanlara ölüm" deyə yazıb.

Zabitin yaxınları rus qadının səfirlikdə gizləndiyini güman edərək səfirliyə hüum edib. Bu da iki ölkə arasında böhrana səbəb olub. Atışmada hücum edənlərdən ikisi öldürülüb. Bir nəfər isə yaralanıb.
Liviya xarici işlər naziri Məhəmməd Əbdüləzizin xəbərdarlığına əsasən rusiyalı diplomatlar Tunisə göndərilib.
Ustujaninova isə saxlanılıb.

Rəhim Qədirov
Aznews.az