- Köhnə - Dünya
 - 10 Oktyabr 2013 15:40
 - 3 927
 
Pakistanda partlayış: 5 ölü, 20 yaralı
            AzNews.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, partlayış zamanı 5 nəfər ölüb və 20-si isə yaralanıb. Yaralananlardan 8 nəfərin vəziyyətinin ağır olduğu bildirilib. Ölənlərin sayının artması istisna edilmir.
Qeyd edək ki, həmin yerdə bu ilin iyul ayında da belə bir partlayış baş vermişdi. Bu zaman isə 4 ölü, 40 yaralı olmuşdu.
Elcan Məmmədov
AzNews.az