Yolda qalan gənc qıza qrup halında təcavüz edildi - DƏHŞƏT

Tatarıstanda 30 yaşlı Artur Sahabov və 37 yaşlı Yevgeni Maroşov qrup halında təcavüzdə ittiham edilərək həbs olunub.

Onlar yolda köməksiz vəziyyətdə qalan gənc qızı evə aparmaq adı ilə maşına mindirərək təcavüz etməkdə itiham edilirlər.

İki gün ərzində gənc qıza təcavüz edən şəxslər bu müddət ərzində onu Maroşovun mənzilində saxlayıblar. Sahabov qızı zorlayaraq daha sonra onu dostunun mənzilində qoyaraq gedib.

Ev sahibi qızı tüfənglə hədələyib, ona qarşı təhqiramiz hərəkətlər edib və dəfələrlə zorlayıb.

Səhəri gün qız onu evə buraxmaq üçün ev sahibini razı salmağa çalışıb. Ancaq buna nail olmayanda gətirildiyi evin ünvanını öyrənib və telefonla valideynlərinə məlumat verib. Bundan sonra polis evə basqın edərək gənc qızı azad edib və hər iki şəxs həbs olunub.

Elnur
AzNews.az