Amerika prezidenti Barak Obama ilk dəfə olaraq IŞİD komandirlərinin öldürülməsi üçün Müdafiə Nazirliyinə əmr verib. Amerika prezidenti Barak Obama ilk dəfə olaraq IŞİD komandirlərinin öldürülməsi üçün Müdafiə Nazirliyinə əmr verib.

Obama orduya əmr verdi: İŞİD liderlərini öldürün

Amerika prezidenti Barak Obama ilk dəfə olaraq IŞİD komandirlərinin öldürülməsi üçün Müdafiə Nazirliyinə əmr verib.



AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Washington Post"-a danışan dövlət səlahiyyətliləri siyahının başında İŞİD lideri Əbu Bəkir Əl-Bağdadinin olduğunu söyləyirlər.

Xatırladaq ki, ötən həftə prezident Barak Obama İŞİD-lə bağlı mübarizə strategiyasını açıqlamış və əməliyyatların Suriyaya qədər uzanacağını bildirmişdi. Prezidentin bu mövzuda lazimi qədər səlahiyyətə sahib olduğunu deməsi isə konqresin sərt reaksiyasına səbəb olmuşdu.

Nərmin


AzNews.az