Xorvatiya futbol millisinin heyəti açıqlandı

AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Xorvatiya millisinin heyəti açıqlanıb.



AzNews.az Apasport.az-a istinadən xəbər verir ki, baş məşqçi Niko Kovaç oktyabrın 10-da səfərdə Bolqarıstan, 13-də evdə komandamıza qarşı oyunlar üçün ilkin namizədlərini müəyyənləşdirib.

Gənc mütəxəssis bu qarşılaşmalarda sərəncamında 25 futbolçu görmək istəyir.
Qapıçılar: Daniyel Subaşiç (Monako, Fransa), Lovre Kaliniç (Hayduk), İvan Vargiç (Riyeka)
Müdafiəçilər: Dario Srna (Şaxtyor, Ukrayna), Vedran Çorluka (Lokomotiv, Rusiya), Dejan Lovren (Liverpul, İngiltərə), İvan Striniç (Dnepr, Ukrayna), Şime Vrsaljko (Sassuolo, İtaliya), Domaqoy Vida (Dinamo, Ukrayna), Marko Leşkoviç (Riyeka), Hrvoje Miliç (Rostov, Rusiya), İvan Tomeçak (Riyeka)
Yarımmüdafiəçilər: Luka Modriç (Real, İspaniya), İvan Rakitiç (Barselona, İspaniya), Mateo Kovaçiç (İnter, İtaliya), Marselo Brozoviç (Dinamo), Daniyel Pranyiç (Panatinaikos, Yunanıstan), Domaqoy Antoliç (Dinamo), Alen Haliloviç (Barselona B, İspaniya), İvan Perişiç (Volfsburq, Almaniya)
Hücumçular: Mario Mandjukiç (Atletiko, İspaniya), İvitsa Oliç (Volfsburq, Almaniya), Nikitsa Yelaviç (Hall Siti, ingiltərə), Andrey Kramariç (Riyeka), Duje Çop (Dinamo).
Qeyd edək ki, Xorvatiya – Azərbaycan oyunu Osiyek şəhərində keçiriləcək.