- Köhnə - Dünya
- 30 İyun 2015 16:00
- 2 597
Poroşenko Ukraynanın NATO-ya girəcəyi tarixi açıqladı
Ukrayna prezidenti Pyotr Poroşenkonun fikrin görə, onun ölkəsinin NATO-ya girməsi 6-7 il lazımdır.
AzNews.az Avropa.info-ya istinadən xəbər verir ki, Ukraynanın islahatlar keçirməsi üçün bu qədər zamana ehtiyacı var. Bundan sonra NATO-ya üzvlük haqda referendum keçirilə bilər.
"Biz ölkənin iqtisadi, sosial, idarəetmə sahələrində köklü islahatlar aparmaq üçün işləyirik. Bu uzun işdir, bizə ən azı 6-7 il lazımdır. Hazır olduqda Ukrayna xalqının NATO-ya daxil olub-olmamaq haqda fikrini bilmək üçün referendum keçirəcəyik" - deyə Poroşenko bildirib.