- Köhnə - Dünya
- 3 İyul 2015 11:06
- 2 840
Obamadan İŞİD-lə vuruşan kürdlərə pis xəbər – “Silah verilməyəcək”

ABŞ Prezidenti Barak Obama İŞİD-ə qarşı vuruşan kürdlərə silah göndərməyəcəyini deyib.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı İngiltərənin "Daily Telegraph" qəzeti yayıb.
Qəzetin manşetində yer alan xəbərdə deyilir:
"Körfəz ölkələrinin və digər dövlətlərin rəsmi şəxslərinin sözlərinə görə İŞİD-lə mübarizə aparmaq üçün kürdlərin birbaşa silahlandırılması məsələsində Obamanı inandırmaq cəhdlərinin hamısı uğursuz olub. Kürdləri silahlandırmaq üçün bir neçə Avropa ölkəsi tərəfindən milyonlarla funt-sterlinq dəyərində silah satın alınıb. Ancaq İŞİD-ə qarşı hərbi əməliyyatları idarə edən Amerikalı komandirlər silah transferinə maneçilik törədir".
Qəzet daha sonra yazır: "Kürd yaraqlılarının ən əsas şikayətlərindən biri onların əlindəki köhnə Sovet silahları haqdadır. Ancaq ABŞ-ın təzyiqinə baxmayaraq bir ərəb dövləti kürdlərə silah göndərməyə söz verib".