- Köhnə - Dünya
- 28 Avqust 2015 21:30
- 3 218
Avstriyada ölən miqrantların sayı 71-ə çatıb

Avqust ayının 27-də miqrantların meyiti olan yük maşını aşkarlanıb. Həmin avtomobillə mühacirlər ölkəyə gətirilirib. Məlumata görə, onlarla mühacir avtomobilinin qoşqusunda boğulub. Onlar Avstriya ilə Macarıstanı birləşdirən avtomobil yolunda aşkarlanıblar.
AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, meyitlərin sayı 50-dən 71-yə çatıb. Macarıstanda Avstriya polisi 71 miqrantın ölümündə şübhəli bilinən 4 şəxsi tutub. Burqenland federativ ölkənin polis idarəsinin başçısı Hans Piter Doskosil mətbuat konfransında qeyd edib ki, həbs edilənlərdən 3-ü Bolqarıstan vətəndaşıdır, biri isə Əfqanıstan. Güman edilir ki, onlar yük maşınını idarə edə bilərdilər.
Avstriya polisi güman edir ki, insanların həlak olması barədə məsuliyyət venger-bolqar kriminal sindikatını aparır, çünki Avropaya miqrantların qanunsuz göndərilməsiylə məşğul olur.
Yalnız ötən ay ərzində Avropaya 100 mindən artıq adam gəlib. Serbiya polisi ölkə ərazisinə 3000 miqrantın daxil olduğunu deyib. Onların əksəriyyəti Almaniyaya üz tutur.
BMT-nin açıqlamasına görə, bu il Aralıq dənizini keçərək Avropaya gəlmək istəyən 2400 miqrant həyatını itirib.