"Mən mübarizəmi bütün dünyadan olan qaçqın uşaqlara həsr edirəm". "Mən mübarizəmi bütün dünyadan olan qaçqın uşaqlara həsr edirəm".
  • Fanat
  • 21 Yanvar 2019 17:54
  •  1 753

Boksçunun alnı zərbədən iki yerə parçalandı - FOTO

"Mən mübarizəmi bütün dünyadan olan qaçqın uşaqlara həsr edirəm".

Ötən bazar Las-Veqasda dünyanın məşhur boksçuları - Badu Cek və Markus Braun arasında döyüş baş verib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, qarşılaşmanın dördüncü raundunda boksçular baş-başa dəyiblər.

Nəticədə Cekin alnı yarılıb. Hakim və həkimlər isveçliyə döyüşü dayandırmalı olduğunu bildirsələr də, üzü tamamilə qana bulaşsa da o, bundan imtina edib. Hakimlər qələbəni yekdilliklə Brauna veriblər.

Döyüşdən dərhal sonra Cekin alnına tikiş qoyulub. Bütün bu prosesin fotolarını Cek Tvitter hesabında da paylaşıb.

"Mən döyüşçüyəm, heç vaxt təslim olmaram. Yaranın dərinliyini də döyüş vaxtı heç anlamırdım. Mən mübarizəmi bütün dünyadan olan qaçqın uşaqlara həsr edirəm - bugünkü gündə onlar məndən daha ciddi vuruşurlar. Markusu təbrik edirəm, mənim zədəmə baxmayaraq o, çox gözəl təkbətək döyüş keçirdi.", – Badu tivitində belə yazıb.

Fəridə Abdulla

AzNews.az