Bu barədə 39 yaşlı qapıçı özünün "Twitter" hesabında paylaşım edib Bu barədə 39 yaşlı qapıçı özünün "Twitter" hesabında paylaşım edib
  • Fanat
  • 4 Avqust 2020 20:08
  •  5 281

Kasilyas karyerasını başa vurdu

Bu barədə 39 yaşlı qapıçı özünün "Twitter" hesabında paylaşım edib

İspaniya millisinin və "Real Madrid"in sabiq futbolçusu İker Kasilyas peşəkar karyerasına son qoyub.

AzNews.az-ın məlumatına görə, bu barədə 39 yaşlı qapıçı özünün "Twitter" hesabında paylaşım edib.

"Əsas olan arzuladığınız təyinat nöqtəsi deyil, sizi müşayiət edən insanlar kimi getdiyiniz yoldur. Hər şey görülən iş və səylə qazanılır. Tərəddüd etmədən deyə bilərəm ki, bu, həm yol, həm arzu, həm də hədəf oldu. Sağ olun", veteran qolkiper yazıb.

Qeyd edək ki, 2019-cu ilin mayında infarkt keçirən İker Kasilyas ötən mövsüm Portuqaliya "Portu"sunun heyətində meydana çıxmayıb.

1998 - 2015-ci illərdə "Real Madrid"in formasını geyinmiş əfsanəvi qapıçının doğma klubunda prezident Florentino Peresin müşaviri vəzifəsində çalışacağı gözlənilir.