Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış Xocalı faciəsindən 24 il keçir. Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış Xocalı faciəsindən 24 il keçir.

Xocalı soyqırımı ilə bağlı virtual aksiyalara start verildi - Səhifələr

Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış Xocalı faciəsindən 24 il keçir.


AzNews.az xəbər verir ki, Ermənistan tərəfindən Azərbaycan şəhəri olan Xocalının işğalı nəticəsində 613 nəfər amansızlıqla qətlə yetirilmişdir. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca olub. 76 nəfəri uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb və 150 nəfər itkin düşüb.

"Justice for Khojaly" ("Xocalıya ədalət") kampaniyası Xocalıda baş vermiş qanlı hadisələr haqqında dünya ictimaiyyətini məlumatlandırmaq məqsədi ilə ilk dəfə olaraq Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 8 may 2008-ci ildə başladılıb.

UBM Group "Justice for Khojaly" təşəbbüsünü dəstəkləməklə və bu kampaniya çərçivəsində, müasir vasitələrdən istifadə etməklə, Xocalı həqiqətlərini geniş coğrafiyada beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağı qarşısına məqsəd qoyub.

Məlumat üçün bildiririk ki, UBM Group Azərbaycan xalqının üzləşdiyi faciələr barədə dünya ictimaiyyətini əhatəli şəkildə məlumatlandırmaq üçün, korporativ sosial məsuliyyət proqramı çərçivəsində ardıcıl layihələr həyata keçirməyi qərara almışdır. Şirkətin 20 Yanvar hadisələrinin 26-cı ildönümü ərəfəsində reallaşdırdığı məlumatlandırma kampaniyası həm yerli və xarici mediada, həm də sosial şəbəkələrdə geniş işıqlandırılmışdır. UBM Group Xocalı faciəsi zamanı həlak olanların əziz xatirəsinə ehtiram əlaməti olaraq, fevralın 15-dən daha geniş arealı əhatə edən yeni məlumatlandırma kampaniyasına start verib.



UBM Group Facebook, Twitter, Instagram və YouTube sosial şəbəkələrdə Justice for Khojaly! "Xocalıya ədalət!" adlı səhifə yaradaraq, fəal təbliğat kampaniyasına start verib.

Bunun üçün şirkət tərəfindən xüsusi hazırlanmış posterlər, rəsm əsərləri və video kadrlar həmin səhifədə yerləşdirilib. Bu təbliğat materialları bütün dünyanı əhatə etməklə 5 dildə - İngilis, Fransız, Alman, Rus və Azərbaycan dillərində hazırlanıb .

UBM Group hər bir həmvətənimizi bu işdə fəal iştirak etməyə dəvət edir.

Şərhlər, xəbərlər, bəyənmələr, paylaşmalar, qeydlər və təşviqat üçün aşağıda qeyd olunmuş linklər və #‎justiceforkhojaly‬ ‪#‎armenianaggression‬ ‪#‎armenianterror‬ ‪#‎khojaly‬ həştəqlərindən istifadə edə bilərsiniz:

https://www.facebook.com/JusticeForKhojaly
https://twitter.com/justice_khojaly
https://www.instagram.com/justice_khojaly/
https://www.youtube.com/channel/UC0XPCgZk3WG0UF8XkzND0ZA