Xızıda kafedə yeyib-içənın vaxtında kafe sahibinə pulunu verməməsi qətllə nəticələnib. Xızıda kafedə yeyib-içənın vaxtında kafe sahibinə pulunu verməməsi qətllə nəticələnib.

Hesabı ödəmədiyi üçün - Kafe sahibi tərəfindən öldürüldü

Xızıda kafedə yeyib-içənın vaxtında kafe sahibinə pulunu verməməsi qətllə nəticələnib.


AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, qanlı hadisə fevralın 4-ü axsam saat 22 radələrində Xızının Giləzi qəsəbəsində baş verib.

Rayon polis şəbəsinin növbətçi hissəsindən rayon prokurorluğuna daxil olan məlumatda 24 yaşlı Elmir Qulamovun naməlum şəraitdə bıçaq xəsarəti alması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə yollanan prokurorluq və polis əməkdaşları Elmir Qulamovun keçindiyini görüblər. Ölüm faktı ilə bağlı araşdırmalara başlanılıb. Zəruri istintaq tədbirləri görülüb, meyid daxili ekspertiza edilib.

Aparılan ilkin araşdırma azmanı məlum olub ki, hadisəni Giləzi qəsəbə sakini, 27 yaşlı Babək Əzimov törədib. Buna səbəb mərhumun Babək Əzimova məxsus kafedə yeyib içməsi, amma kafenin pulunu verməməsi olub.

Məlumatı verən Xızı prokurorluğunun müstəntiqi Tural Məhərrəmov bildirdi ki, Elmir Qulamovdan yediyinin pulunu tələb edən Babək Əzimov zərərçəkənlə görüşdə əlini bıçağa atmalı olub.

"Bundan sonra zərərçəkən şəxs özü şübhəli şəxslə görüşməyə can atıb, onunla görüşüb, ondan nə üçün hesabı ödəmədiyini soruşub. Əlini cibinə atmaq istəyəndə şübhəli şəxs üzərində gətirdiyi bıçaqla ona bir dəfə xəsarət yetirib və hadisə yerindən uzaqlaşıb", - Tural Məhərrəmov bildirdi.

Xızı polisinin isti izlərlə saxladığı Babək Əzimovun eksklüziv görüntülərini sizə təqdim edirik. Artıq Xızı prokurorluğunda hesabı ödəməkdən boyun qaçıran müştərisini öldürmüş Babək Əzimov barəsində respublika CM-nın qəsdən adamöldürmə maddəsi ilə cınayət işi açılıb