Salyanda çaya düşən “KamAZ” markalı yük maşınının sürücüsünün və avtomobildə olan sərnişinin suda boğulduğu ehtimal olunur. Salyanda çaya düşən “KamAZ” markalı yük maşınının sürücüsünün və avtomobildə olan sərnişinin suda boğulduğu ehtimal olunur.

Çaya düşən “KamAZ” çıxarıldı - Sürücü və sərnişin yoxa çıxdı

Salyanda çaya düşən “KamAZ” markalı yük maşınının sürücüsünün və avtomobildə olan sərnişinin suda boğulduğu ehtimal olunur.


AzNews.az-ın APA-ya istinadən məlumatına görə, "KamAZ" markalı 10 MP 867 dövlət nömrə nişanlı yük avtomobili Bakı şəhəri Xətai rayon sakini, Əsədullayev Əhməd Əsədulla oğlunun adına qeydiyyatdan keçib və avtomobil Qobustan rayon sakini, Şıxzərli kənd sakini Qocayev Araz Babayar oğlunun mülkiyyətinə verilib. Lakin sonuncunun sürücülük hüququ yoxdur.

Hadisə yerində axtarışlar davam etdirilir.