- Köhnə - Hadisə
- 4 May 2016 10:55
- 2 546
Xızıda ev yandı
Xızı rayonunda ev yanıb.
AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Xızı rayonu, Qars kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı evlər və meşə zolağı yanğından mühafizə olunub.
Yanğın saat 9:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.