Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Marmarisdə qaldığı oteli tərk edəndən sonra binaya hücum olub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Marmarisdə qaldığı oteli tərk edəndən sonra binaya hücum olub.

Ərdoğana qarşı sui-qəsdin TƏFƏRRÜATI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Marmarisdə qaldığı oteli tərk edəndən sonra binaya hücum olub.


Doğan xəbər agentliyinin məlumatına görə, hadisə Türkiyə prezidentinin binanı tərk etdiyindən təxminən 45 dəqiqə sonra baş verib.

Belə ki, 4 hərbi helikopter otelin üstünə enib, təxminən 40-a yaxın əsgər helikopterlərdən enib. Helikopterlər uzaqlaşdıqdan sonra həmin hərbçi şəxslər otelin divarlarını güllələyib. Prezidentin qaldığı əraziyə əl qumbaraları atılıb.

Əraziyə cəlb olunan polis qüvvələri ilə qiyamçılar arasında qarşıdurma yaranıb. Nəticədə 1 polis nəfəri yaralanaraq hospitala götürülüb, onun vəziyyətinin ağır olduğu bildirilir.

Report.az