Bakının Suraxanı rayonunda ahıl kişiyə xəsarət yetirilib. Bakının Suraxanı rayonunda ahıl kişiyə xəsarət yetirilib.

Bakıda ailə münaqişəsi - 65 yaşlı kişinin üzünü kəsdilər

Bakının Suraxanı rayonunda ahıl kişiyə xəsarət yetirilib.

"Report"un xəbərinə görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Evlərdən birində yaşayan 65 yaşlı Quliyev Əkrəm Sədulla oğlunun üz və çənə nahiyələrinə kəsilmiş-deşilmiş xəsarətlər yetirilib. Yaralı xəstəxanaya yerləşdirilib. Dindirilmə zamanı o bildirib ki, hadisə ailə münaqişəsi zəminində baş verib.

Fakt Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis bölməsinin əməkdaşları tərəfindən araşdırılır.

AzNews.az