Yeniyetmə özünü güllələdi

Kürdəmir rayonunda yeniyetmə ehtiyatsızlıqdan özünə atəş açıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, noyabrın 30-da Kürdəmir rayonunun Mollakənd kənd sakini olan yeniyetmə, atası Rakifə məxsus ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində ayaq nahiyəsindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb.