- Köhnə - Hadisə
- 4 İyun 2018 20:11
- 6 831
Kürdəmirdə balıq tutmaq üçün su kanalına elektrik buraxdı - Özünü cərəyan vurdu
Kürdəmir rayon sakinini elektrik cərəyanı vurub.
AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Çol Qubalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Ramin Rəşid oğlu Məhərrəmov dostları ilə birlikdə yaşadığı ərazidəki su kanalına balıq tutmağa gedib və elektrik enerjisi ilə ov edərkən ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.