- Köhnə - Hadisə
- 9 İyun 2018 09:23
- 3 908
Bakı, Sumqayıt və Cəlilabadda yaşayış evləri yanıb
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin dəhlizinin yanar konstruksiyaları 7 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Bundan başqa, Sumqayıt şəhərində ümumi sahəsi 110 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları 90 m² sahədə, Cəlilabad rayonunda ümumi sahəsi 135 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 1 otağının döşəməsi 2 m² sahədə, 1 ədəd divan və taxtadan ibarət pəncərə çərçivəsi yanıb. Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində fermanın ərazisində ümumi sahəsi 24 m² olan vaqon tipli evin yanar konstruksiyaları yanıb. Yaşayış evlərinin qalan hissəsi və ferma yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
AzNews.az