Meksikanın Pueblası silkələndi

Meksikanın Puebla ştatında 5,8 bal gücündə zəlzələ baş verib.

AzNews.az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən bildirilib.

Yeraltı təkanların episentri Puebla de Saraqosa şəhərindən 111 km cənub-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.

Zəlzələ paytaxt Mexiko şəhəri də daxil olmaqla bir sıra bölgələrdə hiss olunubş

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.