Masallı rayonunda palıd ağacı minik avtomobilinin üzərinə aşıb. Masallı rayonunda palıd ağacı minik avtomobilinin üzərinə aşıb.

Masallıda bədbəxt hadisə - Üzərinə ağac aşaraq öldü (Fotolar)

Masallı rayonunda palıd ağacı minik avtomobilinin üzərinə aşıb.

AzNews.az xəbər verir ki, bu gün Şüvəlandan bir ailə Masallıya istirahətə gəliblər. Maşını saxlayıb istirahət mərkəzlərinin birində çay içiblər. Altında saxladıqları palıd ağacı (300- 400il yaşı olar) küləksiz havada sınaraq maşının üstünə düşüb.

Şəkildən göründüyü kimi maşın yararsız vəziyyətə düşüb. Maşının içində heç kim olmasa da kənarında duran ailənin gəlini dünyasını dəyişib.