İnək sağırdı - Ayağını sındırdı

Tovuz rayonunda yaşlı qadın yıxılaraq xəsarət alıb.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində baş verib.

Kənd sakini, 1942-ci il təvəllüdlü Məmmədova Ərkinaz Rəsul qızı həyətlərində inək sağarkən müvazinətini itirərək yıxılıb.