- Köhnə - Hadisə
- 5 Sentyabr 2013 08:37
- 1 424
Xaçmazda dələduz “dövlət məmurları“ tutuldu
Xaçmaz rayon polis şöbəsinin rəis müavini Valik Vəlimətovun ANS PRESS-ə verdiyi məlumata görə, "Sahibkarlı" MMC-nin işçiləri Teymur Həsənov və Cəfərağa Musayev özlərini Vergilər Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin işçiləri kimi təqdim ediblər.
Onlar bu yolla bir çox mağaza, kafe, restoran və s. ictimai iaşə obyetlərinə girərək oranın sahibkarlarını şantaj ediblər. Onlardan külli miqdarda pul və müxtəlif əşyalar alıblar.
Edilən çoxsaylı şikayətlərə əsasən həmin şəxslər yaxalanıblar. Hazırda araşdırma aparılır.
AzNews.az