Dülgər sexi yandı - Mingəçevirdə

Mingəçevirdə dülgər sexində yanğın olub.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Mingəçevir şəhərində ümumi sahəsi 30 kv.m olan taxta konstruksiyadan ibarət dülgər sexinin yanar konstruksiyaları və içərisində taxta yonqarı yanıb.

Yaxınlıqdakı tikililər və avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 19:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az