Elektrik şəbəkəsinin işçisini tok vurdu

Oktyabrın 16-da Qəbələ rayonu ərazisində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qəbələ Elektrik Şəbəkəsinin işçisi, Tikanlı kənd sakini Ramiz Paşayev dirəkdə təmir işləri apararkən onu elektrik cərəyanı vurub. R.Paşayev hadisə yerində keçinib.

Araşdırma aparılır.

AzNews.az