“Pay-Point”dən 394 manat oğurlandı

Bakı şəhəri ərazisində "Pay-Point" aparatı qarət edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Türkan qəsəbəsinin Xanlar küçəsində yerləşən Qaz İstismarı Sahəsinin inzibati binasında qeydə alınıb. "Pay-Point" terminalının qapısı sındırılaraq oradan 394 manat oğurlanıb.

Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Dəyanət Kərimov saxlanılıb.

AzNews.az