Xocavənddə yol qəzası: 2 nəfər öldü

Oktyabrın 26-da saat 17.00 radələrində Xocavənd rayonunda ağır yol qəzası baş verib.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayon ərazisində Xocavənd sakini Şamil Quliyevin idarə etdiyi "Mercedes" markalı və Füzuli rayon sakini Bəşir Cəfərovun idarə etdiyi "VAZ 2106" markalı avtomaşınlar toqquşub.

Nəticədə xəsarət almış hər 2 sürücü hadisə yerində ölüb.

Araşdırmalar aparılır.

AzNews.az