İntihar edən gəncin dəfnində gərginlik- (Yenilənib-2)

Ötən gün intihar edən gənc homoseksual İsa Şahmarlının dəfni öncəsi Binə qəsəbəsində həyəcanlı dəqiqələr yaşanır.

Musavat.com-un verdiyi məlumata görə, yerli gənclər İsa Şahmarlının dost və tanışlarının dəfn mərasimində iştirakına imkan vermir.

Əvvəlcədən daş toplayan gənclər bəyan edirlər ki, dəfnə gələnləri daşqalaq edəcəklər.

ANS telekanalının çəkiliş qrupunun da işləməsinə imkan verilmir. Telekanal əməkdaşının kamerası sındırılıb.(12.35)

***

Özünü asaraq intihar edən İsa Şahmarlının hazırda dəfn mərasimində insident yaşanır.

Kənd camaatı daş-kəsəklə dəfnə mane olmaq istəyir, qəbristanlığa girməyə kimsəyə izn vermir. Səbəb kimi İsa Şahmarlının cinsi azlıq olmasını göstərilir.

Onlar belə bir şəxsin kənd qəbiristanlığında dəfn olunmasını qəbul etmək istəmirlər.

"Axar.az"ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, çəkiliş aparmaq və reportaj hazırlmaq istəyən jurnalistləri qəbiristanlığa yaxın buraxmaq istəməyən kənd camaatı ANS-in çəkiliş qrupuna sərt müqavimət göstərib.

Müxbir bildirir ki, qəbiristanlığa girməyə cəhd göstərən ANS-in "Alın yazısı" verilişinin çəkiliş qrupunun avtomobili daş-qalaq edilib, kamera isə sındırılıb.(13.09)

***
Musavat.com bildirir ki, İsa Şahmarlı dəfn edilir. Onun valideynləri dostlarına bildiriblər ki, dəfndən sonra qəbiristanlığa daxil ola bilərlər


AzNews.az
image description image description