Xəzər TV-də kadr dəyişikliyi- Yenilənib

"Xəzər" Televiziyasında dəyişiklik olub.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Xəzər TV-nin Xəbərlər departamentinin (Xəzərxəbər) şef - redaktoru Nəcəf Həsənov vəzifəsindən azad olunub.

Bir neçə ildir Xəzər TV-nin əsas simalarından sayılan N. Həsənovu Natiq Pənahlı əvəz edib.

Qeyd edək ki, Natiq Pənahlı bundan əvvəl Qafqaz Universitetində işləyib.(12.58)

***

Xəzər TV-nin sözçüsü Aqşin Kamal "Qafqazinfo" ilə əlaqə saxlayaraq Nəcəf Həsənovun işdən azad olunmasına münasibət bildirib. Onun sözlərinə görə, Nəcəf Həsənov şef - redaktor vəzifəsindən çıxarılsa da, yenə də Xəzər TV-nin işçisidir:

"Nəcəf Həsnəov Xəzər TV-də "Sərhəddən kənar" adlı proqramın aparıcısıdır və bu səbəbdən tez-tez xarici səfərlərdə olur. Bu isə ona vəzifəsini yerinə yetirməyə mane olurdu. Buna görə o, Xəzərxəbərin şef - redaktoru vəzifəsindən azad olunub. Qeyd etdiyiniz kimi, onu Natiq Pənahlı əvəzləyib".

AzNews.az