- Köhnə - Hadisə
- 10 Sentyabr 2014 08:28
- 2 040
İsmayıllıda böyük bir sahədə yanğın baş verib

İsmayıllıda 7 ha sahədə yanğın baş verib.
AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 9-da İsmayıllı rayonu, Qoydan kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 7 ha sahədə quru ot və kol-kos yanıb.
Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunüb. Yanğın saat 17:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzNews.az