Suraxanı rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Əmircan qəsəbə sakini saxlanılıb. Suraxanı rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Əmircan qəsəbə sakini saxlanılıb.

Bakı sakinindən 2 kq-dan artıq narkotik maddə tapıldı- VİDEO

Suraxanı rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Əmircan qəsəbə sakini saxlanılıb.



Zakir Hacıağayevin evinə baxış keçirən əməkdaşlar oradan iki kiloqramdan artıq marixuana tapıblar. Bundan əlavə saxlanılan şəxsin həyətindən də narkotik tərkibli bitki tapılıb. Məlum olub ki, Hacıağayev həyatyanı sahəsində marixuana da yetişdirir. Polis əməkdaşları onun həyətindən ümumi çəkisi 350 qram olan 6 ədəd çətənə kolu aşkar ediblər.

Faktla bağli cinayət işi başlanılıb. İstintaq zamanı məlum olub ki, saxlanılan Zakir Hacıağayev əvvəllər də məhkumluq həyatı yaşayıb.



Musavat